...

Əfqanıstan vətəndaşları elə dalaşdı ki, 2 nəfər öldü, 3-ü yaralandı

Hadisə Materials 2 May 2019 13:21 (UTC +04:00)
İstanbulun Esenyurt rayonunda Əfqanıstan vətəndaşları arasında kütləvi dava olub.
Əfqanıstan vətəndaşları elə dalaşdı ki, 2 nəfər öldü, 3-ü yaralandı

Bakı. Rüfiz Hafizoğlu - Trend:

İstanbulun Esenyurt rayonunda Əfqanıstan vətəndaşları arasında kütləvi dava olub. Trend-in məlumatına görə, davada 20-dən çox əfqan iştirak edib.

İnsident nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin isə xəsarətlər aldığı bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Davanın hansı səbəbdən baş verdiyi barədə isə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti