...

Göygöl rayonunda ikimərtəbəli ev yanıb

Hadisə Materials 7 May 2019 17:03 (UTC +04:00)
Göygöl rayonunun Quşçu kəndində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli ev yanıb.
Göygöl rayonunda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Göygöl rayonunun Quşçu kəndində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 6 otaqlı evin ikinci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə, bitişik ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 8 ton ot bağlaması yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti