...

FHN Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 8 May 2019 17:45 (UTC +04:00)
Ucar rayonunda "QAZ" və “Ford” markalı iki yük avtomobili toqquşub.
FHN Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucarda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Trend-in FHN-nin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonunda "QAZ" və “Ford” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində olan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti