...

Polis Bakıda əməliyyat keçirdi, heroin alverçisi ələ keçdi

Hadisə Materials 16 May 2019 12:10 (UTC +04:00)
Bakıda narkotik alverçisi yaxalanıb.
Polis Bakıda əməliyyat keçirdi, heroin alverçisi ələ keçdi

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alverçisi yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə rayon ərazisində əməliyyat keçirib.

Keçirilən əməliyyat nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunmuş rayon sakini, 1975-ci il təvəllüdlü Şahin Soltanov saxlanılıb. Baxış zamanı ondan 210 qram heroin və 450 qram marixuana götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti