...

Şəmkirdə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 25 May 2019 17:32 (UTC +04:00)
Şəmkir rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.
Şəmkirdə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Şəmkir rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ-yə ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ 2106” markalı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

Daxil olmuş müraciət əsasında RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon Qaracəmirli kənd sakini 20 yaşlı Asiman Alıyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, A.Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pulu və 4 ədəd səsgücləndiriciləri də götürüb satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti