...

Ağstafada 2 otaqlı ev yanıb

Hadisə Materials 16 İyun 2019 21:16 (UTC +04:00)
Ağstafada yanğın qeydə alınıb
Ağstafada 2 otaqlı ev yanıb

Bakı. Trend:

Ağstafada yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Köçəsgər kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti