Bakı. Trend:
İndoneziyanın Şimali Sumatra əyalətində alışqan fabrikində güclü yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 30 nəfər həlak olub.
Qeyd olunur ki, əvvəlcə fabrikdə partlayış səsi eşidilib. Daha sonra güclü yanğın başlayıb.
Fabrik dar küçələrin yaxınlığında yerləşdiyi üçün yanğınsöndürmə maşınları hadisə yerinə gec çatıb.
Ölənlərdən 3-ü uşaqdır.