...

Şəkidə biçilməmiş və biçilmiş taxıl sahəsi yanıb

Hadisə Materials 25 İyun 2019 00:10 (UTC +04:00)
Şəkidə yanğın qeydə alınıb
Şəkidə biçilməmiş və biçilmiş taxıl sahəsi yanıb

Bakı. Trend:

Şəkidə yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Aydınbulaq kəndində 13 ha biçilməmiş və 400 ha biçilmiş taxıl sahəsi, yaxınlıqda yerləşən ümumi sahələri 180 m² olan 3 talvarın yanar konstruksiyaları 24 m² sahədə yanıb.

Yaxınlıqdakı yaşayış evləri, köməkçi tikililər və digər əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti