...

Çətənə bitkisi becərən Gəncə sakini saxlanıldı (FOTO)

Hadisə Materials 1 İyul 2019 18:53 (UTC +04:00)
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Çətənə bitkisi becərən Gəncə sakini saxlanıldı (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb. Belə ki, şəhər sakini, 39 yaşlı Nəsimi Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə dibçəklərdə becərilmiş, ümumi çəkisi 6 kiloqram 674 qram olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti