...

Abşeronda itkin düşən 18 yaşlı qız tapılıb (FOTO)

Hadisə Materials 19 İyul 2019 11:53 (UTC +04:00)
Bu ayın əvvəlində itkin düşən gənc qız tapılıb.
Abşeronda itkin düşən 18 yaşlı qız tapılıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu ayın əvvəlində itkin düşən gənc qız tapılıb.

Trend-in məlumatına görə, iyul ayının 2-si itkin düşən 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı bir neçə gün sonra tapılıb.

Xatırladaq ki, Ə.Babayeva iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxmiş və bir daha geri qayıtmamışdı. Yaxınları qızın çalışdığı "Neptun" marketlə əlaqə saxlasalar da, onu görən olmayıb. Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısıolub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti