...

14 fəhlə zəhərləndi - Naməlum qazdan

Hadisə Materials 30 İyul 2019 17:05 (UTC +04:00)
Moskvaətrafı Leninskie qorki rayonunda fəhlələr arasında kütləvi zəhərlənmə baş verib.
14 fəhlə zəhərləndi - Naməlum qazdan

Bakı. Trend:

Moskvaətrafı Leninskie qorki rayonunda fəhlələr arasında kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, zəhərlənənlərin sayı 14 nəfərdir. Faktı regional Səhiyyə İdarəsi təsdiq edib. Məlumata görə, 7 nəfər öz istəyi ilə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Qalanları isə xəstəxanaya yerləşdirilib.

Fəhlələrin naməlum qazdan zəhərləndiyi qeyd edilir. İnsidentlə bağlı artıq araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti