...

Bakıda 2 otaqlı mənzil yanıb - 1 nəfər xilas edilib

Hadisə Materials 18 Avqust 2019 15:24 (UTC +04:00)
Bakıda 2 otaqlı mənzil yanıb
Bakıda 2 otaqlı mənzil yanıb - 1 nəfər xilas edilib

Bakı. Trend:

Bakıda 2 otaqlı mənzil yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə aşkar olunan ev sahibi, 1953-cü il təvəllüdlü Yekavenko Nina Viktorovna yanğınsöndürənlər təfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti