...

Gəncədə taxta bazarı yanır

Hadisə Materials 27 Avqust 2019 01:43 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub
Gəncədə taxta bazarı yanır

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti