Bakı. Elnur Bağışov - Trend:
İranın şimalında yerləşən Simnan vilayətinin Meyami rayonu yolunda avtobus dağa çırpılaraq aşıb.
Trend-in məlumatına görə, bunu İranın Simnan vilayətinin Şahrud rayonu tibbi hadisələr və təcili yardım mərkəzinin direktor müavini Nasir Salmanpur deyib.
N.Salmanpurun sözlərinə görə, hadisə nəticəsində 58 nəfər yaralanıb.
Direktor müavini əlavə edib ki, 22 yaralı vertolyot, qalanları isə təcili yardım maşınları ilə Şahrudun İmam Hüseyn xəstəxanasına çatdırılıb.
İdarə rəsmisi yaralılardan 20 nəfərinin 10 yaşdan aşağı uşaqlar olduğunu deyib.