...

Qubada narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 4 Sentyabr 2019 08:11 (UTC +04:00)
Qubada narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Amsar kənd sakini, 28 yaşlı Şahin Süleymanov saxlanılıb
Qubada narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Amsar kənd sakini, 28 yaşlı Şahin Süleymanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torbada təmiz çəkisi 420 qram olan narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti