Bakı. Trend:
Kürdəmir rayonunda 1 nəfər dəmir konstruksiyalardan ibarət qurğunun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.