Bakı. Samir Əli - Trend:
Bakı Şəhər Baş Polis İdarəsi paytaxda Dövlət Yol Polisi əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı sosial şəbəkədə yayılan videogörütü ilə bağlı açıqlama verib.
İdarənin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev Trend-ə bildirib ki, hazırda həmin görüntü ilə bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.