...

Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutulub

Hadisə Materials 18 Oktyabr 2019 13:55 (UTC +04:00)
Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutulub
Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutulub

Bakı. Samir Əli - Trend:

Bakıda evdən 13 min dollar oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də rayon ərazisindəki evlərin birindən 13 000 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəsirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti