...

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb

Hadisə Materials 22 Oktyabr 2019 20:17 (UTC +04:00)
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü A.Aydınovdan 437 qram heroin, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü E.Əhmədovun idarə etdiyi “Volkswagen” markalı avtomobilindən 2 kq 193 qram metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 1986-c il təvəllüdlü C.Cəfərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1,5 kq heroin aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti