...

Ucarda Qusar sakinini avtomobil vurub öldürdü

Hadisə Materials 30 Oktyabr 2019 15:17 (UTC +04:00)
Ucarda avtomobil yolu keçən piyadanı vurub.
Ucarda Qusar sakinini avtomobil vurub öldürdü

Bakı. Trend:

Ucarda avtomobil yolu keçən piyadanı vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da saat 21 radələrində Ucar rayonunun Qulabənd kəndi ərazisində Balakən rayon sakini Q.Qoçuyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Kənan Mirzəliyevi vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti