...

Ağsuda yük maşını aşdı - 2 nəfər ağır yaralandı

Hadisə Materials 19 Noyabr 2019 14:36 (UTC +04:00)
Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ağsuda yük maşını aşdı - 2 nəfər ağır yaralandı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Ağsu aşırımında qeydə alınıb. Yük avtomobilinin aşması nəticəsində xəsarət alan iki nəfər Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən biri koma vəziyyətindədir, digərinin vəziyyəti isə nisbətən normaldır. Hazırda onlara ilkin tibbi yardım göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti