...

Oğuzda "Hyundai" "Niva" ilə toqquşdu, 4 nəfər xəstəxanaya düşdü

Hadisə Materials 2 Dekabr 2019 11:57 (UTC +04:00)
Oğuz rayonunda ağır yol qəzası baş verib.
Oğuzda "Hyundai" "Niva" ilə toqquşdu, 4 nəfər xəstəxanaya düşdü

Bakı. Samir Əli - Trend:

Oğuz rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə səhər saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.

Oğuz rayon sakini, 1961-ci il təvəllüdlü Ərşad Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomibillə Zaqatala rayon sakini 1965-ci il təvəllüdlü Oruc Məhərrəmovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti