...

Abşeronda üçmərtəbəli ev yanıb

Hadisə Materials 12 Dekabr 2019 20:00 (UTC +04:00)
Abşeron rayonunda yaşayış evi yanıb.
Abşeronda üçmərtəbəli ev yanıb

Bakı. Trend:

Abşeron rayonunda yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Görədil kəndində ümumi sahəsi 510 kv.m olan üçmərtəbəli mansarda tipli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti