...

Bakıda iri ağac aşdı - 2 avtomobilə ziyan dəydi

Hadisə Materials 13 Dekabr 2019 17:00 (UTC +04:00)
Bakıda irigövdəli ağac aşıb.
Bakıda iri ağac aşdı - 2 avtomobilə ziyan dəydi

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda irigövdəli ağac aşıb.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələrində qeydə alınıb. Baş vermiş qəza ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, qəza nəticəsində iki avtomobilə ziyan dəyib:

“Artıq məsələ ilə bağlı müraciət daxil olub. Xoşbəxtlikdən ətrafda insan olmayıb, ancaq tam sağlam və yaş olan qovaq ağacı ərazidə olan iki avtomobilin üzərinə düşüb. Görünür, son vaxtlar aramsız yağan yağışlar torpağı yumşaldıb və nəticədə belə bir hadisə baş verib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti