...

Xətaidə evlərdən külli miqdarda oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 14 Dekabr 2019 14:39 (UTC +04:00)

Bakı. Trend:

Xətai rayon ərazisindəki 4 evdən oğurluqda şübhəli bilinən R.Namazov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 14.920 manat pul, 11.200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti