...

Şəmkirdə və Neftçalada yanğın olub

Hadisə Materials 20 Dekabr 2019 08:39 (UTC +04:00)
Şəmkir rayonunun Dəllər Cəyir kəndində istixanada və Neftçala rayonunun Bankə qəsəbəsində çay evində yanğın baş verib
Şəmkirdə və Neftçalada yanğın olub

Bakı. Trend:

Şəmkir rayonunun Dəllər Cəyir kəndində istixanada və Neftçala rayonunun Bankə qəsəbəsində çay evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 500 m² olan istixananın polietilen üzlüyü 20 m² sahədə və içərisində tutumu 200 litr olan yağ çəni yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.

Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 40 m² olan çay evinin içərisində məişət əşyaları 7 m² sahədə yanıb. Çay evi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti