Bakı. Samir Əli - Trend:
Qobustan rayonunda kişi dəm qazından boğulub.
Trend-in məlumatına görə, hadisə Qobustan rayonu, M.Ə.Sabir küçəsi, ev 2 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, Qobustan rayon Kommunal Müəssisələr Kombinatında fəhlə işləyən, 1973-cü il təvəllüdlü Bədirov Xaliq Xeyrulla oğlu yaşadığı evin hamamında duş qəbul edərkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.