...

Binəqədidə yol qəzası - “KamAZ” azyaşlını vurub öldürdü

Hadisə Materials 25 Dekabr 2019 13:02 (UTC +04:00)
Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Binəqədidə yol qəzası - “KamAZ” azyaşlını vurub öldürdü

Bakı. Trend:

Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 24-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Q.Məhərrəmov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini 9 yaşlı Əkbər Şirəliyevi vurub və nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti