...

“VAZ-2106” qaçıran Biləsuvar sakini saxlanılıb

Hadisə Materials 28 Dekabr 2019 15:51 (UTC +04:00)
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini A.Əhmədzadə saxlanılıb.
“VAZ-2106” qaçıran Biləsuvar sakini saxlanılıb

Bakı. Trend:

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini A.Əhmədzadə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Biləsuvar RPŞ-yə müraciət edən Ağalıkənd kənd sakini A.Əhmədov dekabrın 26-da saat 22 radələrində kənd ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Avtomobil həmin gün Aşağı Cürəli kəndi ərazisində tapılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini A.Əhmədzadə saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti