...

Balakəndə 4 otaqlı ev yanıb

Hadisə Materials 13 Yanvar 2020 16:31 (UTC +04:00)
Balakən rayonunda ümumi sahəsi 130 kv.m olan birmərtəbəli ev yanıb.
Balakəndə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Balakən rayonunda ümumi sahəsi 130 kv.m olan birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti