...

Geyim və ərzaq məhsullarını gizlədərək ölkəyə keçirməyə cəhd etdi

Hadisə Materials 15 Yanvar 2020 17:55 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Geyim və ərzaq məhsullarını gizlədərək ölkəyə keçirməyə cəhd etdi

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Setra S215 HD" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəticədə nəqliyyat vasitəsinin baqajında xüsusi qaydada hazırlanan taxta qutunun içərisində gömrük nəzarətindən gizlədilən üzərlərində "Tryon" yazılan 100 dəst idman geyimi və 75 cüt corab, 98 kq toyuq əti, 43 kq kolbasa, 9 kq sosiska, 10 ədəd 5 litrlik çaxır və bir ədəd üzərində "22111-2G410" yazılan mühərrik aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti