Bakı. Ceyhun Ələkbərov - Trend:
Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Ağalıq kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlar, 2016-cı il təvəllüdlü Ağazadə Əli Cəmşid oğlu, 1996-cı il təvəllüdlü Məmmədzadə Pərvin Yusif qızı və 1964-cü il təvəllüdlü Ağayev Cümşüd Əliqulu oğludur.
Yaralanan şəxslər bir müddət xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə yola salınıblar.