...

Masallıda 2 otaqlı ev yanıb

Hadisə Materials 21 Yanvar 2020 19:52 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Masallıda 2 otaqlı ev yanıb

Bakı. Trend:

Masallının Qarğalıq kəndində ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti