...

FHN: "Cənnət Park"dakı binada bir qadın yanğından xilas edilib, 15 nəfər təxliyə olunub

Hadisə Materials 6 Fevral 2020 15:54 (UTC +04:00)
Abşeron rayonu ərazisindəki "Cənnət Park" Yaşayış Kompleksində baş verən yanğın söndürülüb.
FHN: "Cənnət Park"dakı binada bir qadın yanğından xilas edilib, 15 nəfər təxliyə olunub

Bakı. Samir Əli - Trend:

Abşeron rayonu ərazisindəki "Cənnət Park" Yaşayış Kompleksində baş verən yanğın söndürülüb.

Bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, hadisə kompleks ərazisindəki 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, sahəsi 80 kv.metr olan 3 otaqlı mənzildə baş verib. Hadisə nəticəsində mənzilin 2 otağı yanar konstruksiyaları ilə birlikdə yanıb. Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb edilib. Yanan mənzildən bir qadın xilas edilərək aidiyyəti üzrə təcili yardım briqadasına təhvil verilib, 15 nəfər bina sakini isə təhlükəsiz əraziyə təxliyə edilib. Yanğının qarşısı tam alınıb.

Xatırladaq ki, bir neçə saat əvvəl Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsindəki "Cənnət Park" yaşayış kompleksində yanğın olub.

Xəbər lenti

Xəbər lenti