...

Eldar Sultanov: Yevlaxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yalandır

Hadisə Materials 9 Fevral 2020 14:22 (UTC +04:00)
Baş Prokurorluq Bakı-Qazax yolunda yol qəzası baş verməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Eldar Sultanov: Yevlaxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yalandır

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq Bakı-Qazax yolunda yol qəzası baş verməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "facebook" sosial şəbəkəsindəki profilində bildirib ki, bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb.

"Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər", - deyə E.Sultanov yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti