...

İtkin düşən qadın tapılıb

Hadisə Materials 12 Fevral 2020 15:30 (UTC +04:00)
Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı fevral ayının 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
İtkin düşən qadın tapılıb

Bakı. Trend:

Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı fevral ayının 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, danışma və eşitmə qabiliyyəti olmayan yaşlı qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət ediblər. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanılıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab olunan Solmaz Atakişiyeva bu gün günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti