Bakı. Trend:
Qusar rayonunun Kuzunqışlaq kəndində ümumi sahəsi 960 m² olan quşçuluq fermasının tavanı 480 m² sahədə və içərisinə səpələnən saman yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.