...

Beyləqanda yonca oğruları ələ keçdi

Hadisə Materials 18 Fevral 2020 18:05 (UTC +04:00)
Oğurluqda şübhəli bilinən Beyləqan rayonunun Şərq qəsəbə sakinləri Ə.Qarazadə, S.Əliyev və E.Məmmədov saxlanılıblar.
Beyləqanda yonca oğruları ələ keçdi

Bakı. Trend:

Oğurluqda şübhəli bilinən Beyləqan rayonunun Şərq qəsəbə sakinləri Ə.Qarazadə, S.Əliyev və E.Məmmədov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki həyətlərin birindən 240 kiloqram (4 kisə) yonca oğurlamaqda şübhəli bilinən Şərq qəsəbə sakinləri Ə.Qarazadə, S.Əliyev və E.Məmmədov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti