...

Uşaq poliklinikasındakı yanğın söndürülüb

Hadisə Materials 21 Fevral 2020 16:33 (UTC +04:00)
Paytaxtda uşaq poliklinikasında yanğın olub.
Uşaq poliklinikasındakı yanğın söndürülüb

Bakı. Trend:

Paytaxtda uşaq poliklinikasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.

Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti