Bakı. Samir Əli - Trend:
Tərtər rayonunda yanğın hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Azad Qaraqoyunlu kəndində qeydə alınıb. Kənd ərazisində Tərtər rayon İcra Hakimiyyətinin Azad Qaraqoyunlu kənd İcra Nümayəndəliyinin inzibati binasında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Bölməsinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğın söndürülsə də, binanın bir hissəsi və dam örtüyü yanıb.
Faktı Tərtər Rayon İcra Hakimiyyətindən Trend-ə təsdiqləyiblər.
Qurumdan bildiriblər ki, hadisə qısaqapanmadan baş verib.