Bakı. Trend:
Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ХХХ
00:47
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbdə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.