...

Bakıda ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 19 Mart 2020 19:47 (UTC +04:00)
Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda ölümlə nəticələnən yol qəzası olub

Bakı. Trend:

Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 18-də saat 20 radələrində rayonun H.Əliyev prospektində Bakı şəhər sakini F.Şeydayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Elmar Bədəlovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti