...

Ağcabədidə dələduz "iş başında" saxlanılıb

Hadisə Materials 31 Mart 2020 13:18 (UTC +04:00)
Ağcabədidə dələduz "iş başında" saxlanılıb

Bakı. Trend:

Ağcabədi rayon sakini T.Məmmədova hədə-qorxu gəlib pul tələb etməkdə şübhəli bilinən S.Muradov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradovun ona hədə-qorxu gəlib 2000 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2000 manatdan 300 manatı alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti