...

Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib, 189 nəfərə xəbərdarlıq olunub

Hadisə Materials 7 Aprel 2020 16:17 (UTC +04:00)
Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib, 189 nəfərə xəbərdarlıq olunub

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində rayonların giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 56 nəfərə protokol tərtib edilib, protokollardan 9 nəfəri obyekt sahibi olan şəxslərə tətbiq olunub, 5 nəfər inzibati qaydada həbs edilib və 189 nəfərə isə xəbərdarlıqlar edilib.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti