...

Lənkəranda karantin rejimini pozaraq domino oynayanlar cərimələndi

Hadisə Materials 29 Aprel 2020 11:53 (UTC +04:00)
Lənkəranda karantin rejimini pozaraq domino oynayanlar cərimələndi

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin olunması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Separadi kəndində hazırda istifadə olunmayan yarımçıq tikilidə domino oyunu təşkil edən 5 nəfər kənd sakini aşkar olunub.

Karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti