...

Mənzildən məişət əşyaları oğurlayan şəxs saxlanıldı

Hadisə Materials 4 May 2020 09:48 (UTC +04:00)
Bakıda mənzili qarət edən şəxs yaxalanıb.
Mənzildən məişət əşyaları oğurlayan şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakıda mənzili qarət edən şəxs yaxalanıb.

Trend-in məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Tağıyevin evindən min manat dəyərində televizor, 600 manat dəyərindən iki velosiped, geyim və məişət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1992-ci il təvəllüdlü A.Əliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti