...

Bakıda keçmiş məhkum velosiped oğurladı

Hadisə Materials 7 May 2020 09:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda bahalı velosiped oğurlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, M.Şəfi küçəsində baş verib. Həmin küçədə yaşayan Emin İsabalayevə məxsus mənzilin girişində saxladığı 900 manatlıq velosiped oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Famil Fətullayev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti