...

Taxtakörpü-Ceyranbatan su kanalında batan şəxsin meyiti tapılıb

Hadisə Materials 15 May 2020 23:59 (UTC +04:00)
Taxtakörpü-Ceyranbatan su kanalında batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Taxtakörpü-Ceyranbatan su kanalında batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1977-ci il təvəllüdlü Təhməzov Fariz Hidayət oğlunun axtarışları başa çatıb.

Onun meyiti nazirliyin hadisə yerinə cəlb olunan müvafiq qurumları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti