...

Şəkidə mebel sexi yanıb

Hadisə Materials 16 May 2020 10:00 (UTC +04:00)
Şəkidə mebel sexi yanıb

Bakı. Trend:

Şəkidə mebel sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (mebel və dəmirçi sexi, anbar, aptek) sahəsi 300 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları, içərisində taxta materiallar 3 m³ və 4 ədəd dəzgah yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti