...

Bakıda mağaza qarət olundu

Hadisə Materials 20 May 2020 12:58 (UTC +04:00)
Bakıda market qarət edilib.
Bakıda mağaza qarət olundu

Bakı. Samir Əli - Trend:

Bakıda market qarət edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Pivzavod küçəsində qeydə alınıb. Həmin küçədə Bakı şəhər sakini Hamlet Mirzəyevə məxsus mağaza naməlum şəxs tərəfindən qarət edilib.

Mağazadan 235 manat, təhlükəsizlik kamerası, 2000 manat dəyərində planşet və tütün məmulatları oğurlanıb. Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Müqabil Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti